Dek 31, 2020 23:40 Asia/Baku
  • Zərif:

İran İslam Respublikası xarici işlər naziri ABŞ-ın Fars Körfəzindəki hərbi aktivliyinə reaksiyada qeyd edib ki, İran müharibə ardınca deyil, Lakin xalqı, təhlükəsizliyini və milli maraqlarını dərhal müdafiə edəcək".

SəhərAzəri FARS xəbər agentliyinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Fars Körfəzindəki hərbi aktivliyinə reaksiya olaraq, bir tvitdə yazıb: "İran müharibə ardınca deyil, amma xalqını, təhlükəsizliyini və milli maraqlarını müdafiə etməkdə bir an belə tərəddüd etməyəcək".

Zərif əlavə edib: "Donald Tramp və onu müşayiət edənlər ABŞ-da koronavirusla mübarizə aparmaq əvəzinə, B-52 bombardmançılarını havaya qaldırmaq və bölgəmizə donanma göndərmək üçün milyardlarla dollar xərcləyirlər."

İran xarici işlər naziri qeyd edib ki, İraqdan alınan məlumatlar müharibə üçün bir bəhanə uydurmaq üçün fitnənin qurulmasından xəbər verir".

Teqlər