İranlılar İran yığma futbol komandasının qələbəsindən sonra şənlik keçiriblər
İyun 15, 2018 17:50 Asia/Baku
İran xalqı İran İslam Respublikasının yığma futbol komandasının dünya çempionatında Mərakeş komandasını məğlub etməsindən sonra küçələrə axışaraq, şənlik keçirib.
İran İslam Respublikasının yığma futbol komandası cümə günü gecə 2018-ci il Rusiya dünya çempionatındakı ilk görüşündə Mərakeşin yığma komandasını 1-0 hesabı ilə məğlub etməyə müvəffəq olubdur.