-
İordan çayının qərb sahilində sionist hərbçilərin yolu üzərində partlayış baş verib
Fev 04, 2025 09:41Qüds Briqadaları: Qafin şəhərindəki döyüşçülərimiz sionist rejimə məxsus bir hərbi maşında partlayıcı qurğunu işə salıblar və nəticədə düşmən tərəfdə yaralananlar var.
-
Qəzzə xalqının məcburi köçürülməsi planı qeyri-mümkündür
Fev 04, 2025 09:27İşğal olunmuş torpaqlarda aparılan son sorğunun nəticələri göstərir ki, sorğuda iştirak edənlərin əksəriyyəti Trampın Qəzzə xalqının məcburi köçürülməsi planının qeyri-mümkün olduğunu düşünür. İsraillilərin 43 faizi açıq şəkildə bildirdilər ki, Trampın Qəzzə xalqının məcburi köçürülməsi proqramı heç bir halda mümkün deyil.
-
Riyazın sionist rejimi ilə əlaqələrin normallaşması şərti budur
Fev 04, 2025 09:23Sionist rejimi 12-ci televiziya kanalının məlumatına görə, Riyazın kral ailəsi üzvlərindən biri bildirib ki, Tel-Əvivin iki dövlətli həllə razılığı olmadan, əlaqələrin normallaşmasına doğru irəliləyiş olmayacaq və bu barədə ABŞ prezidentinə məlumat verilib.
-
Həmas nümayəndə heyəti Rusiyaya səfər etdi
Fev 04, 2025 09:09Dünən Həmas nümayəndə heyəti Rusiyaya səfər edərək bu ölkənin xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüşüb, danışıqlar aparıb. Həmas nümayəndə heyəti Əbu Mərzuqun başçılığı ilə Qəzzə ilə bağlı son dəyişikliklər və sionist rejimi ilə atəşkəsin ikinci mərhələsinin hazırlanması barədə rusiyalı tərəflə müzakirə aparıb.
-
Hələbin şərqində minalanmış avtomobil partladılıb; 21 ölü var
Fev 03, 2025 10:29Xəbər mənbələri Suriyanın Hələb vilayətinin şərqində bomba yüklü avtomobilin partladılması və ən azı 21 Suriya vətəndaşının həlak olmasından xəbər veriblər.
-
Heç bir şəraitdə Qəzzə əhalisini köçməyə məcbur etmək olmaz
Fev 02, 2025 09:35Sionist rejim ordusunun dəniz qüvvələrinin keçmiş komandanı Eliezer Marom bildiribdir ki, heç bir şəraitdə Qəzzə əhalisini köçməyə məcbur etmək olmaz.
-
Bazar ertəsi təşkəs danışıqlarının ikinci mərhələsi başlayacaq
Fev 02, 2025 08:57Binyamin Netanyahunun ofisi Trampın Qərbi Asiya üzrə nümayəndəsi Stiv Vitkaf ilə görüş barədə məlumat yayıb.
-
İki sionist məhbusun təhvil verilməsindən görüntülər
Fev 01, 2025 11:31Əl-Qəssam Briqadaları atəşkəs razılaşması əsasında əsirlərin mübadiləsinin dördüncü mərhələsi çərçivəsində Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərində daha iki sionist məhbusu Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verib. Üçüncü məhbusun Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verilməsi Qəzzə şəhərinin limanında həyata keçiriləcək.
-
HƏMAS sionistləri yenidən təhqir etdi
Fev 01, 2025 11:08Sionist rejimin kanal-12 televiziya kanalı bildirib ki, sionist məhbuslar Ofer Kalderon və Yarden Bibasın Xan Yunisdə təhvil verilməsi zamanı istifadə edilən avtomobil, 7 oktyabr əməliyyatında ələ keçirilmiş İsrail ordusuna məxsus maşınlardan biri olub.
-
HƏMAS: Şəhid Zeyf İslam dünyası liderləri üçün bir örnək idi
Fev 01, 2025 10:56HƏMAS hərəkatının liderilərindən olan İsmayıl Rizvan cümə gecəsi şəhidlərin qanının hədər getməyəcəyini bəyan edərək, deyib: Şəhid “Zeyf” İslam dünyasının liderləri üçün bir örnək idi.