-
Müqavimətin güc nümayişi ilə yeni mərhələdə ilk sionist əsir təhvil verildi.
Yan 30, 2025 15:00Əl-Qəssam batalyonlarının döyüşçüləri bir neçə dəqiqə əvvəl Qəzzə atəşkəs razılaşması çərçivəsində əsirlərin mübadiləsinin birinci mərhələsinin üçüncü turunda sionist qadın hərbi əsir "Aqam Berqer"i Qəzzə zolağının şimalında yerləşən Cəbaliyədə Qırmızı Xaça təhvil veriblər.
-
Fələstin xalqının köçürülməsi zülmündə iştirak etməyəcəyik
Yan 30, 2025 14:43Misir prezidenti ABŞ prezidentinin fələstinlilərin köçürülmələri barədəki sözlərinə reaksiyada onu Fələstin xalqına qarşı zülm adlandırıb. Vurğulayıb ki, Misir onda iştirak etməyəcək.
-
Livanın baş naziri sionist rejimin bu ölkənin cənubuna hücumlarını pisləyib
Yan 29, 2025 11:02Livanın keçid hökumətinin baş naziri Nəcib Miqati çərşənbə axşamı İsrail rejiminin Livanın cənubuna hava hücumlarını kəskin şəkildə pisləyib.
-
Livanın cənubu və Qəzzənin şimalının sakinləri geri qayıtdılar, amma sionist mühacirlər geri qayıtmadı
Yan 29, 2025 10:57Ərəb dünyasının məşhur analitiki Əbdulbari Ətvan deyib: sionist rejim Livan və Qəzzə zolağının müqaviməti və müqavimətli xalqı qarşısında daha bir məğlubiyyətə uğradı, çünki Livanın cənubunun və Qəzzə zolağının şimalının xalqı öz torpaqlarına qayıtdı. Amma sionist qəsəbə sakinləri Təl-Əvivin onların təhlükəsizliyini təmin edə bilməməsi səbəbindən hələ də öz yaşayış yerlərinə qayıda bilməyiblər.
-
1 illik ayrılıqdan sonra qovuşdular.
Yan 28, 2025 15:43İki Fələstinli əkiz qardaş Sionist İsrail rejimi Qəzzə zolağına qarşı müharibəsi səbəbiylə bir il ayrı qaldıqdan sonra, Qəzzənin şimalında bir araya gələrək bir-birinə sarılıblar.
-
Hizbullahın Baş Katibi: Qısa müddətdə şəhid olan komandirlərimizin boşluğunu doldurduq.
Yan 28, 2025 09:43Müqavimət, sionist rejimə qarşı mübarizə və işğal olunmuş torpaqların azad edilməsi üçün siyasi, milli və insani seçimdir. Müqavimət qüvvələri Livanda sionist rejimin qarşısında dayandılar və sionistlər Livan torpaqlarında bir neçə metrdən çox irəliləyə bilmədilər.
-
İordaniyanın xarici işlər naziri: Fələstinlilər üçün ikinci vətən haqqında heç bir danışığı qəbul etmirik.
Yan 28, 2025 09:36Fələstinlilərin öz torpaqlarında davamlı mövcudluğu İordaniya üçün dəyişməyən və dəyişilməz sabit bir prinsipdir. Biz ikinci vətən haqqında heç bir söhbəti qəbul etmirik və bununla mübarizəyə davam edəcəyik.
-
Məruf Salami: Yanacaq və qaz hələ də Qəzzaya daxil olmayıb.
Yan 28, 2025 09:30Qəzza Dövlət İnformasiya Ofisinin rəhbəri Salameh Məruf çərşənbə axşamı səhər bildirib ki, atəşkəs razılaşmasının başlanmasından bəri Qəzza zolağına yalnız 1900 humanitar yardım yük maşını daxil olub.
-
Sionist əsgərlərinin Şimali Tulkərimə hücumu baş verib.
Yan 28, 2025 09:26Fələstin mediası sionist əsgərlərinin Qərb Sahilindəki Tulkərimin şimalında yerləşən Qafin qəsəbəsinə hücum etdiyini xəbər verib. Əl-Cəzirə: İşğalçıların buldozerləri Tulkərim şəhərinin mərkəzində yolları dağıdıb və sionist əsgərləri Qərb Sahilindəki şəhərlər və kəndlər arasında nəzarət-buraxılış məntəqələrini altı gündür ki, bağlamağa davam edirlər.
-
Əl-Əzhər: Biz Qəzzədən fələstinlilərin köçürülməsinə qarşıyıq.
Yan 28, 2025 09:20Əl-Əzhər bəyanatda deyib: "Biz vurğulayırıq ki, Qəzzə fələstinli-ərəb torpağıdır və bu belə də qalacaq. Qəsbkar işğalçılar və onların dəstəkçiləri qətl, viran və günahsız qanı tökməklə bu torpaqları oğurlamağa çalışırlar." "Biz fələstinlilərin öz torpaqlarından köçürülməsinə dair bütün proqramlar və cəhdlərə qarşı qəti etirazımızı ifadə edirik. Çünki bu, işğalçı rejimin onların torpaq və sahib olduqları digər şeyləri ələ keçirmək üçün onlara tanınan ədalətsiz bir cəhdir."