Fev 15, 2025 14:25 Asia/Baku
  • Livanda Tehran-Beyrut aviareysinin əngəllənməsinə etirazlar davam edir

Beyrut küçələrində Livan hökumətinin İran təyyarəsinin Beyrut hava limanına enişinin əngəllənməsi barədəki qərarına qarşı xalq etirazları davam edir.

Bir qrup livanlı gənc İran təyyarəsinin Beyrut hava limanına enişinin əngəllənməsinə etiraz olaraq, əl-Kukudi rayonu ətrafındakı qədim hava limanı şosesində BMT-nin sülhü mühafizə qüvvələrinin karvanına hücum edib, bu karvanın üç avtomobilini yandırıbdır.Bu hadisədən sonra ordu hücumçuları təqib etmək üçün hərəkətə keçib.Bu xəbərləri Livan milli informasiya agentliyi yayıb.Rusiya-Əlyəum telekanalı da Livan hökumətinin İran təyyarəsinin Beyrut hava limanına enişinin əngəllənməsi barədəki qərarına qarşı xalq etirazlarının davam etdiyini xəbər verib.Məlumatda deyilir ki, etirazçılar hava limanı şosesini alovlanan şinlərlə bağlayıblar, amma bir müddət sonra Livan ordusunun səyi ilə yol açılıbdır.Bundan öncə informasiya mənbələri bildirmişdilər ki, Tehran-Beyrut aviareysinin həyata keçməsinin Livan başçıları tərəfindən əngəllənməsi bu ölkə xalqını hiddətləndirib.Beyrutun müxtəlif məhəllələrinin qəzəbli sakinləri cümə axşamı günü gecə ABŞ və sionist rejimin müdaxilələrinə etiraz olaraq, könüllü şəkildə küçələrə axışdılar.Livanın hiddətli xalqı Beyrut beynəlxalq hava limanına çıxan şoseni bağlayıb və bildiribdir ki, Tehran-Beyrut aviareysinin aeroporta daxil olmayacağı zamanadək orada heç bir uçuş həyata keçirilməyəcək.Livan başçıları bu aviareysin İranın Hizbullah üçün maliyyə yardımlarını daşıması ehtimalı iddiası ilə, Tehran-Beyrut aviareysinin reallaşmasına icazə verməyiblər.LİVANDA TEHRAN-BEYRUT UÇUŞUNUN ƏNGƏLLƏNMƏSİNƏ ETİRAZLAR SƏNGİMİR