Sionist rejimin Livanın cənubundan geri çəkilməsi üzrə möhlət başa çatıb
Sionist rejimin Livanın cənubundan geri çəkilməsi üzrə möhlət beş strateji sərhəd nöqtəsində başa çatıb.
Livanın bir təhlükəsizlik rəsmisi Frans-Press-ə deyibdir ki, sionist qüvvələr öz geriçəkilmələrini bazar ertəsi günü gecədən sərhəd kəndlərindən başlayıblar, zira, Livan ordusu orada yerləşmək üçün irəliləyibdir.Adının açıqlanmamasını istəyən bu rəsmi belə deyib: İsrail qüvvələri Livan ordusunun irəliləməsi ilə, öz geriçəkilmələrinə/ Mis əl-Cəbəl və Bəlidə də daxil olmaqla, sərhəd kəndlərindən başlayıblar.Əlcəzirə müxbiri də xəbər veribdir ki, Livan ordusunun bölmələri bu ölkənin cənubunun mərkəzi və şərq hissələrinə daxil olublar.Qəsbkar rejim Livanda atəşkəs razılaşmasına sadiq qalmağa borcludur.BMT-nin bildirdiyinə görə, öz evini tərk etmiş bir milyon nəfərdən çox insandan təqribən yüz min livanlı hələ də didərgindir.