Fev 18, 2025 11:57 Asia/Baku
  • Təxt-Rəvançı Kürdüstan iqliminin başçıları ilə görüşlərindən danışıb

Bizim İraqın Kürdüstan iqlimi ilə iqtisadi əlaqələrimiz güclüdür. Hər iki tərəf bu əlaqələri daha da gücləndirmək əzmindədir. Bunları, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib.

Bağdad rəsmilərilə görüşlərdən sonra İraqın Kürdüstan iqliminə yola düşən Məcid Təxt-Rəvançı bu bölgənin məsul şəxslərindən bir qrupu ilə görüşüb və məşvərət edib.Bu diplomat «X» platformasında öz görüşləri barədə belə yazıb: İraqa səfərimin növbəti mərhələsində Ərbilə getdim. Orada İraqın Kürdüstan iqliminin başçıları, sabiq prezident Məsud Barzani, baş nazir Məsrur Barzani və prezident Neçirvan Barzani ilə görüşdüm.Təxt-Rəvançı əlavə edib: Biz ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi apardıq. İqtisadi əlaqələrimiz güclüdür. Hər iki tərəf bu əlaqələri daha da gücləndirmək əzmindədir.