Fələstin Müqaviməti son nöqtəni qoydu
HƏMAS: Qüds və Məscidül-Əqsa qırmızı xəttimizdir!
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS Amerika prezidentinin Qəzzə ilə bağlı planını rədd edərək yeni bəyanat yayıb.
Bəyanatda deyilir: “Mühacirət yalnız Qüdsə doğrudur. Bu, bizim bütün Tramp və onun tərəfdarlarının müstəmləkəçi və işğalçı qüvvələrin fələstinliləri zorla köçürmək və məhv etmək çağırışlarına cavabımızdır”.Əsir mübadiləsi zamanı üç israilli əsirin azad edilməsi ilə eyni vaxtda HƏMAS-ın yaydığı bəyanatında qeyd olunur ki, düşmən əsirlərinin təhvil verilməsi mərasimində Qüds və Məscidül-Əqsanın simvolik təsvirinin mövcudluğu və insanların geniş şəkildə iştirak etməsi işğalçılara və onların havadarlarına Qüds və Əl-Əqsanın qırmızı xətlər olması ilə bağlı yeni mesajdır.HƏMAS qeyd edib ki, Fələstin xalqı İslam ümməti və dünyanın hər yerindən azad insanlar müqavimətin şərəfli bir mübadilə razılaşması həyata keçirməklə göstərdiyi qüdrət, ləyaqət və qürur səhnələrinin şahidi olurlar. Bu razılaşma xalqın həmrəyliyinin, müqavimətinin təzahürüdür.HƏMAS bəyanatın sonunda işğalçılara qarşı mübarizəni davam etdirməyə sadiq qaldığını vurğulayıb.