Hizbullah tərəfdarları Beyrut hava limanı yolunda aksiya keçiriblər
Fev 16, 2025 17:05 Asia/Baku
Beyrut əhalisindən böyük bir kütlə Hizbullahın dəvəti ilə şənbə günü axşamdan etibarən Rəfiq Həriri hava limanına gedən yol üstündə dinc aksiya keçirir. Bu dinc etirazın məqsədi sionist rejimin Livanın suverenliyini alçaltmasına etirazını bildirməkdir. Lakin bu etiraz zamanı Livan təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edərək dinc aksiyanı dağıtmağa çalışıb.