Ənsarullah-ın baş katibi:
Cani Trampın Qəzzə barədəki planı zalımcasına və etibarsızdır
Yəmən Ənsarullah hərəkatının baş katibi vurğulayıb ki, Trampın Qəzzə zolağı barədəki planı daha çox özünü qondarma adlarlarla sivilizasiyalı kimi təqdim edən bir ölkənin prezidenti tərəfindən edilən zarafata və sadəlövhcəsinə söhbətə bənzəyir.
Yəmən Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin ən yeni regional və qlobal hadisələr barədə danışıb.
Seyid Əbdülməlik Bədrəddin öz çıxışında belə söyləyib: Trampın Fələstin xalqını öz ölkəsi və vətənindən didərgin salmaq üzrə planı bir çox hüququn qaynaqlandığı bir haqqın müsadirə olunması deməkdir. Tramp bir cinayətkardır. O, əbəs və gülünc sözlər söyləməyə adət edib.
Bədrəddin əlavə edib: Cinayətkar Trampın Fələstin xalqını didərgin salmaq üzrə təklifinin təkrar edilməsi onun özünün haqq və ədaləti inkar etməyə söykənən cinayətkarcasına planına israr etməsindən söz açır. Trampın Qəzzə zolağı barədəki planı daha çox özünü saxta adlarlarla sivilizasiyalı kimi təqdim edən bir ölkənin prezidenti tərəfindən edilən zarafata və sadəlövhcəsinə söhbətə bənzəyir.
Əlhusi söyləyib: Trampın Qəzzə barədəki planı zalımcasına və etibarsızdır. Belə görünür ki, o, bu plana rəvac verməkdə və onu qəbul etmələri üçün bəzi ərəb ölkələrinə təzyiq göstərməkdə ciddidir. Biz siyasətləri Amerikanın cinayətkarcasına keçmişi və istibdadından söz açan bir ölkənin prezidentinin bu planından təəccüblənmədik. Ədalətsiz və hücum xarakterli sionist plana inanan və onun reallaşması ardınca olan Amerika prezidentinin mənsəbpərəstliklərinin heç bir məhdudiyyəti yoxdur.
Ənsarullah-ın baş katibi qeyd edib ki: Öz prezidentliyinin birinci dövründə “Əsrin sövdələşməsi” ləqəbəni ardınca sürüyən Tramp, prezidentliyinin ikinci dövründə “Əsrin Cinayəti” mərhələsinə nəql olubdur. Tramp öz planı vasitəsilə İsrailin Qəzzəyə təcavüzünün əldə edə bilmədiyi məsələni əldə etmək istəyir. Yəni, fələstinliləri öz ölkəlrindən didərgin salmaq. Amerikalılar Fələstin xalqını Qəzzə zolağından və qərb sahilindən didərgin salmaq məsələsini irəli sürərkən Fələstin amalının tam şəkildə məhv edilməsi ardıncadırlar.