Şəhid Seyyid Həsən Nəsrullahın dəfn mərasimində iştirak üçün dəvət
Livan Hizbullahı şəhid baş katibinin oğlu Seyid Məhəmməd Mehdi Nəsrullah atasının dəfn mərasimində iştiraka dəvət edərək deyib: Şəhid Nəsrullahın dəfn mərasimində iştirak etmək onun şəhidlik mövqeyini və ona olan real məhəbbəti nümayiş etdirməkdir.
O, vurğulayıb: Düşmənlər, rəqiblər və bədxahlar hər şəkildə dəfn mərasiminin keçirilməsinin qarşısını almağa çalışdılar.Şəhid Nəsrullahın oğlu əlavə edib: Çətinliklər və təhdidlərə baxmayaraq, bizim üçün vaxt sərf edən və çalışan bir şəxs üçün bizim də onun üçün çalışmağımız və vaxt sərf etməyimiz dəyərli və vacibdir, hətta bu cəhd və vaxt az olsa belə.O, çıxışında: Bazar günü dəfn mərasimində iştirak etmək istəyən hər kəsə deyə bilərəm ki, siz sadiq və vəfalı insanlarsınız.Şəhidin oğlu sözünə davam edərək: Lakin müxtəlif bəhanələrlə, məsələn, 'izdiham, yağış və mən iştirak etməsəm dəfn dayanmaz' deyə iştirak etməyənlərə deyirəm ki, bu Seyyid on illərlə güclü fırtınalar qarşısında və sizin üçün minlərlə ton partlayıcı altında dayandı. Bazar günü iştirakınız təkcə dəfn mərasimində iştirak deyil, həm də düşmən qarşısında mövqe bildirməkdir.O, əlavə edib: Bazar günü 'Ya Nəsrullah' çağırışı ilə yenidən əhd bağlama günüdür. Kim deyirdi ki, canım və ailəm, övladlarım sənə qurban olsun, bazar günü bu məhəbbəti nümayiş etdirməlidir və bazar günü hamımız bunu görəcəyik.