Fev 27, 2021 09:56 Asia/Baku
  • İran və Rusiya əlaqələri genişləndirmək üçün məsləhətləşiblər

İranın Rusiyadakı səlahiyyətli və fövqəladə səfiri Rusiya xarici işlər nazirinin Asiya məsələləri üzrə müavini ilə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

SaharAzeri-nin İİR-nın Gənc Jurnalistlər Klubu-na istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali cümə günü xarici işlər nazirinin Asiya üzrə müavini İqor Marqulov ilə görüş keçirib.

Görüşdə, ikitərəfli məsələlər. o cümlədən  İran və Rusiya arasında mühüm iqtisadi əməkdaşlıqların genişləndirilməsi prosesi araşdırılıb.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın Moskvaya son səfərinə toxunan İqor Marqulov, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah-ül üzam Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı mesajı önəmli adlandırıb.

 

İranın Rusiyadakı səfiri Kazem Cəlali isə  Qalibaf və onu müşayiət edən nümayəndə heyətinin Moskvaya səfəri üçün lazımi şəraitin yaradılmasında əməkdaşlıq etdiyi üçün Rusiya tərəfinə təşəkkür edərək,  İslam İnqilabının Aliməqamlı rəhbərinin Rusiya Prezidentinə ünvanladığı məktubu İran-Rusiya münasibətlərinin dərinləşməsi üçün mühüm və strategiya hesab etdi.