Apr 08, 2021 17:53 Asia/Baku
  • Kaşan düzündə qızılgül yığımı başlanıb

Behişt gülü olan qızılgülün, onun ilk ev sahibi olan Kaşan düzündən yığımı başlanıb və gülabçəkmə mövsümünün başlanması ilə emalatxanalarda odlar alovlanır və qızılgül suyundan bəhrələnmə həyata keçirilir.

SəhərAzəri xəbər verir ki, İranın Kaşan ostanında bədmüşk tumurcuqlarının ömrünün bitməsi, qızılgül qönçələrinin baş qaldırmalarının başlanğıcıdır. Bu güllər hər gün səhərçağı günəşin çıxması ilə cilvələnirlər.

m.m- Günəş çıxan kimi bu gülləri yığmağa başlayırıq. Bu zamanda onun ətri və rayihəsi daha gözəldir.

Az təvəqqeli, lakin bərəkətli güllərdir.

m.m- Qızılgül məhsulu çox bərəkətlidir. Ona görə ki, onun gözəl ətrinin kənarında bal arısı da yetişdiririk ki, onun balı bölgənin ən yaxşı balıdır.

Kaşan düzü, bu behişt gülünün ilk ev sahibidir.

m.m- Kaşan rayonu 2600 hektarlıq qızılgül bağları və hər hektarda dörd tondan yuxarı məhsuldarlıqla, səth məhsuldarlığı baxımından ölkədə birinci yeri tutur və təqribən beş min nəfər işlə təmin olunur. Kaşan rayonunda qızılgül yığımı aprelin əvvəllərindən Kaşan düzündən başlanır və iyunun sonlarınadək davam edir.

Və gəlişləri ilə gülabçəkmə emalatxanalarının odları alovlanır.

m.m- Otuz kiloluq iri qazanlara otuz kilo gül və səksən litr su tökülür. Dörd saat yarım ərzində 45-50 litr gülab istehsal olunur. Sonra isə qablaşdırılaraq, bazara çıxarılır.

Kaşan Dar əl-Momenin-in töhfəsi olan qızılgül suyu bütün dünya xalqlarına hədiyyə olunur. Bu hədiyyə yer üzərindəki ən müqəddəs məkanları ətrli edir. İyul ayının sonlarınadək təqribən 34 sənaye obyekti və 1800 ənənəvi obyekt 20 min tondan çox gülab istehsal edir. Bu məhsul dünyanın səksəndən çox ölkəsinə ixrac olunur.

Teqlər