Okt 14, 2021 19:07 Asia/Baku
  • General Fədəvi
    General Fədəvi

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi bəzi Qərb medialarının İranın silahlı qüvvələrinin ölkənin şimal-qərbində keçirdikləri hərbi təlimlər barədəki informasiyalarına reaksiya verib.

SəhərAzəri-nin məlumatına əsasən, Kontr-admiral pasdar Əli Fədəvi general-mayor Seyid Həsən Firuzabadinin vəfatının qırxı mərasiminin kənarında bəzi Qərb medialarının İranın silahlı qüvvələrinin son hərbi təlimləri barədəki informasiyalarına reaksiyada bildiribdir ki, bu media iddiaları hiyləgərcəsinə iddialardır.

Qeyd edək ki, bəzi Qərb mediaları bu təlimlərin Azərbaycan Respublikasının hərəkətlərinə cavab olaraq keçirildiyini iddia ediblər.

Sepah-ın baş komandan əvəzi sonra deyib: İslam İnqilabı və İran İslam Respublikası quruluşunun düşməni olan bu dünya xəbislərindən ayrı şey gözləmək olmaz.

Kontr-admiral Fədəvi həmçinin deyib: Bütün qonşu və müsəlman ölkələr bir ailənin üzvləri kimidirlər.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının «Xeybər Fatehləri» hərbi təlimləri 2021-ci il oktyabrın birində İranın şimal-qərb bölgəsində keçirilib.

 

Teqlər