Noy 23, 2021 20:40 Asia/Baku
  • İranın Atom Enerjisi
    İranın Atom Enerjisi

İranın Atom Enerjisi Təşkilatının rəisi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə birgə mətbuat konfransında vurğulayıb ki, İran öz nüvə proqramının icrasında əzmkardır.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd İslami bu mətbuat konfransında belə söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun bugünkü görüşdə bir neçə dəfə vurğuladığı məsələ budur ki, İranın nüvə proqramlarında heç bir yayınma müşahidə edilməyib və İran müahidələr və qaydalar əsasında öz nüvə fəaliyyətlərini həyata keçirir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru da İranın Atom Enerjisi Təşkilatı rəisinin dəvəti və ev sahibliyinə görə təşəkkür edib və belə deyib: Apardığımız müzakirələr olduqca sıx olub. Ortaq zəminlər tapmaq üçün işi və münasibətləri davam etdirmək ardıncayıq.