Noy 09, 2018 20:40 Asia/Baku
  • İnqilab Rəhbəri

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei müdafiə veteranı Seyid Nurxuda Musəvifərdin şəhid olmasının ardınca şifahi bir müraciətdə İranın qərbində yerləşən və şəhidin yaşadığı Lorestan vilayətinin sakinlərinə habelə, şəhidin ailəsinə başsağlığı verib.

Həzrət Ayətullahülüzma Xamenei İrsini Mühafizə və Nəşretmə Ofisinin yaydığı məlumata görə, İran İslam Respublikasının nizam-intizam qüvvələri komandanı Hüseyn Əştəri cümə axşamı səhər Xürrəm Abad şəhərində bu şəhidin dəfn mərasimində iştirak edib. O, bu mərasimdə etdiyi çıxışında deyib: İslam İnqilabının Böyük Rəhbərinin ofisindən gələn telefon zəndində bildirildi ki, İnqilab Rəhbəri "İştirak etdiyin mərasimdə mənim salamımı Lorestan xalqına və şəhidin ailəsinə çatdır və mənim tərəfimdən onun şəhid olması münasibəti ilə başsağlığı ver" deyiblər.

Seyid Nurxuda Musəvifərd İran İslam Respublikasının nizam-intizam qüvvələrinin əməkdaşı idi. O, 17 isfənd 1387-ci hicri şəmsi ilində (7 mart 2009) İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində, Lar məntəqəsində "Əbdülmalik Rigi"nin terror dəstəsinin hücumuna məruz qalmış və baş nahiyəsindən güllə yarası alaraq, komaya düşmüşdü. 

İranın "canlı şəhid"i adı ilə məşhurlaşan 100%-lik əlili 10 il komada qaldıqdan sonra, çərşənbə axşamı, İslam Peyğəmbərnin (s.ə.s) vəfatı və İmam Həsənin(ə) şəhadəti axşamında haqq diyarına qovuşdu. 

Teqlər