İnqilab Rəhbəri 1398-ci günəş ilini istehsala rövnəq ili adlandırıblar
İslam İnqilabının Böyük Rəhbəri 1398-ci günəş ilinin başlanması münasibətilə verdikləri müraciətdə Novruz bayramı və Əmirəlmominin Həzrət Əli(ə)-ın səadətli mövludu münasibətilə əziz həmvətənləri, xüsusən şəhidlərin və müharibə əlillərinin möhtərəm ailələrini təbrik ediblər. O həzrət İran xalqı üçün günbəgün artan maddi və mənəvi uğurlar, cismani sağlamlıq, səadət və şadlıqla dolu bir il arzu edərək, yeni ili «istehsala rövnəq» ili adlandırıblar.
Həzrət Ayətullahuluzma Xamenei 1397-ci günəş ilini dəyərləndirərək, onu macəralarla dolu bir il adlandırıb və belə qeyd ediblər: Düşmənlər həmin ildə İran üçün çoxlu planlar cızmışdılar, amma İran xalqı sözün əsl mənasında meydana yaxşı çıxdı və mətanət və gözüaçıqlıq və gənclərin ciddi-cəhdi ilə həmin planları zərərsizləşdirdi.
İslam İnqilabının Böyük Rəhbəri İran xalqının Amerika və Avropanın siyasi və iqtisadi sahələrdəki kəskin sanksiylarına reaksiyasını möhkəm və qüdrətli bir reaksiya adlandıraraq, belə əlavə ediblər: Siyasi meydanda bu reaksiyanın təzahürü, əzəmətli 22 bəhmən yürüşü və İran xalqının il boyu tutduğu mövqelər oldu və iqtisadi mübarizə meydanında da «elmi-texniki təşəbbüslərin artması», «elmi əsaslı şirkətlərin diqqətəlayiq artımı», «Bəndər-Abbasda böyük neftayırma zavodunun və ölkənin cənubunda çoxlu sayda qaz bloklarının açılışı kimi daxili əsas və infrastruktur məhsulların artımı» ilə, İran xalqı düşmənlərin xəbislikləri və düşmənçilikləri qarşısında öz qüdərti, heybəti və əzəmətini göstərə bildi və bununla, xalqın, inqilabın və İran İslam Respublikası quruluşunun hörməti daha da artdı.
Həzrət Ayətullahuluzma Xamenei sonra ölkənin əsas problemini yenə də iqtisadi problem adlandırıblar. O həzrət son aylarda xalqın məişət problemlərinin artmasına toxunaraq, deyiblər: Bu problemlərin bir hissəsi iqtisadi məsələlər sahəsindəki yetərsiz müdiriyyətlər ilə bağlıdır. Əlbəttə proqramlar və tədbirlər düşünülübdür ki, bu tədbirlər yeni il boyunca öz bəhrəsini verməli və xalq onun təsirlərini hiss etməlidir.
İslam İnqilabının Böyük Rəhbəri İran xalqının 1397-ci günəş ilinin şüarını, yəni «İran məhsuluna dəstək» şüarını rəğbətlə qarşılamasına və onun müsbət təsirlərinə işarə edərək, əlavə ediblər: Bu il əsas məsələ, «istehsal» məsələsidir, zira əgər istehsal cərəyan edərsə, həm məişət və məşğulluq problemləri öz həllini tapacaq, həm də ölkənin əcnəbilər və düşmənlərə ehtiyacsız olmasına səbəb olacaqdır və bu məsələ hətta «milli valyuta dəyəri» problemini çox miqdarda aradan qaldıra bilər. Buna görə, mən bu ilin şüarını «istehsala rövnəq» təyin etdim.
Həzrət Ayətullahuluzma Xamenei hamını ölkədə istehsalın rövnəqi üçün səy göstərməyə çağırıblar və ümidvarlıq ediblər ki, bu səyin il boyu hissolunan və diqqətəlayiq şəkildə genişlənməsilə iqtisadi problem həllolma istiqamətində qərar tapacaq.
İslam İnqilabının Böyük Rəhbəri İmam Xomeyni(r.ə)-in və başıuca şəhidlərin pak ruhlarına, həmçinin Həzrət Vəliyye Əsr(əc)-in pişqahına salam göndərərək, o həzrətin duasını, İran xalqının və Novruzu qeyd edən bütün xalqların səadətini Allah-Taalanın dərgahından diləyiblər.