Avq 22, 2019 15:59 Asia/Baku

İranın xarici işlər naziri deyib: İran İslam Respublikası Amerikanın modern casusluq pilotsuzunu tamamilə yerli bir silahla vurdu və bu məsələ göstərdi ki, İran özünü müdafiə etmək üçün bir kəsdən asılı deyil.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə Norveçin paytaxtı Osloda yaşayan iranlılar qarşısında ərəbistan və əmirliklərin milyardlarla dollar silah almalarına işarə edərək, deyib: İran İslam Respublikası bu ölkənin suyu və torpağından bir zərrənin belə başqalarının ixtiyarına keçməsinə icazə verməyəcək.

İranın xarici işlər naziri Qərb və Amerikanın İran qarşısındakı ikili siyasətlərini tənqid edərək, əlavə edib: Onlar bir tərəfdən, İranı iqtisadi, ticari, müdafiə qüdrəti məsələlərində təzyiq və sanksiyaya məruz ediblər, digər tərəfdən də müzakirə iddiası edib, sanksiyalarla İran xalqının hüquqlarını pozurlar.

Zərif beynəlxalq nüvə anlaşmasının Amerika tərəfindən pozulmasına da işarə edib və belə deyib: Amerikalılar quldurluqla nüvə anlaşmasından kənara çəkildilər və sanksiya ilə İran xalqına qarşı iqtisadi terrorizm tətbiq etdilər.

İranın diplomatiya aparatının başçısı Avropa-İran xüsusi maliyyə mexanizmi- İNSTEKS ilə ikili rəftarlarına görə, Avropa ölkələrini tənqid və əlavə edib: Avropalıların şirkətləri İranla ticarət əlaqələri qurmaq üçün Amerikanın xəzinadarlıq nazirliyindən icazə almalıdırlar ki, bu məsələ sonda avropalıların zərərinə olacaqdır.

İranın xarici işlər naziri həmçinin İranın bölgədə terrorizmlə mübarizəsinə işarə edərək, deyib: Terrorizmlə mübarizədə İran üçün şiə, sünni, ərəb, kürd, fars və başqasının fərqi yoxdur və İran İslam Respublikası bu məsələdə bütün region xalqlarına kömək edibdir.

 

 

Teqlər