ABŞ-ın hazırkı hökuməti demokratik dəyər və prinsiplərə məhəl qoymur
İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın rabitə və informasiya texnologiyaları nazirinin Amerika tərəfindən sanksiya edilməsini pisləyib.
Amerikanın maliyyə nazirliyi cümə günü bu ölkə hökumətinin sanksiya düşgünlüyünün davamında İranın rabitə və informasiya texnologiyaları nazirini özünün sanksiya edilmiş şəxslər siyahısına daxil etdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün deyib: Hamı bilir ki, Amerikanın hazırkı hökuməti demokratik dəyər və prinsiplərə, həmçinin şəffaflığa və insan haqlarına, o sıradan başqaları üçün internet azadlığına məhəl qoymur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Amerika hökumətinin müxalif səslərin əlçatmasnı kəsmək məqsədilə tvitter daxil olmaqla iri ictimai və rabitə şəbəkələri və şirkətlərinin müdirlərinə təzyiq tətbiq etmək sahəsindəki keçmişinə bir baxış göstərir ki, bu hökumət azad internet mühiti ilə siyasi və bir alət kimi rəftar edir.