Zərif: Böyük regional güclər bölgədəki gərginlik yaradan hərəkətləri himayə etmirlər
https://azeri.sahartv.ir/news/Özəl-i355004-zərif_böyük_regional_güclər_bölgədəki_gərginlik_yaradan_hərəkətləri_himayə_etmirlər
İran İslam Respublikasının xarici işlər naziri dünən gecə Hind okeanının şimalında və Oman dənizində keçirilən İran, Rusiya və Çinin birgə dəniz manevrini mühüm beynəlxalq güclərin bölgədəki gərginlik yaradan siyasətləri müşayiət etməmələrinin nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2019 15:05 Asia/Baku

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə Hind okeanının şimalında və Oman dənizində keçirilən İran, Rusiya və Çinin birgə dəniz manevrini mühüm beynəlxalq güclərin bölgədəki gərginlik yaradan siyasətləri müşayiət etməmələrinin nişanəsi adlandırıb.

Məhəmməd Cavad Zərif Rusiyanın paytaxtı Moskvaya daxil olarkən deyib: İran, Rusiya və Çinin birgə dəniz manevri belə bir reallıqdan xəbər verir ki, İran İslam Respublikası mühüm beynəlxalq Hörmüz su yolunda hamı üçün gəmiçiliyin azad olması və təhlükəsizliyin qorunması istiqamətində həmkarlığa hazırdır.

İran İslam Respublikasının xarici işlər naziri əlavə edib: Bu manevr həmçinin göstərdi ki, mühüm beynəlxalq güclər bölgədə gərginlik yaradan hərəkətlər və siyasətləri müşayiət etmirlər.

Zərif Moskvaya səfərinin məqsədləri istiqamətində İran-Rusiya əlaqələrinin strateji olduğunu vurğulayıb və belə deyib: İki ölkənin ardıcıl surətdə ikitərəfli əlaqələr, region məsələləri və son beynəlxalq hadisələr barədə məşvərət etməsi, fikir mübadiləsi aparması və ahəngdarlıq yaratmasına ehtiyac hiss olunur.

İran İslam Respublikasının xarici işlər naziri əlavə edib ki, bazar ertəsi günü öz rus həmkarı Sergey Lavrovla müxtəlif məsələlər barədə ətraflı danışıqlar aparacaq.