General Soleymaninin və şəhid silahdaşlarının pak cənazələri Tehrana daxil olub
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Hacı Qasem Soleymaninin və müqavimət şəhidlərinin pak cənazələri Tehrana daxil olub.
Müqavimət cəbhəsi şəhidlərinin pak cənazələri şənbə günü Kazimeyn(ə) hərəmlərində, İraqın Bağdad və müqəddəs Kərbəla şəhərlərində, sonra isə Nəcəfi-Əşrəfdə Əmirəlmominin(ə)-ın hərəminin kənarında müşayiət olunublar. Bazar günü də İslami İrana daxil olduqdan sonra öncə Əhvaz şəhərində, sonra isə müqəddəs Məşhəd şəhərində İmam Rza(ə)-ın ziyarətgahında İranın qədirbilən xalqının əzəmətli iştirakı ilə vida mərasimləri keçirildi.
Qərar üzrə müqavimət şəhidlərinin pak cənazələri bu gün səhər İslam İnqilabının Böyük Rəhbəri tərəfindən Tehran Universitetində namaz qılındıqdan sonra Azadi meydanına tərəf müşayiət olunacaq.
General-leytenant şəhid Qasem Soleymaninin cənazəsi Tehranın şəhidyetişdirən əhalisi tərəfindən müşayiət olunduqdan sonra müqavimət cəbhəsinin bu sərkərdəsinin cənazəsi vida üçün müqəddəs Qum şəhərinə köçürüləcək. Sonra isə dəfn olunmaq üçün çərşənbə axşamı günü Kerman şəhərinə köçürüləcək.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Hacı Qasem Soleymani və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndis, həmçinin onların səkkiz silahdaşı cümə günü səhər amerikalı terrorçu və təcavüzkar qüvvələrin Bağdad hava limanı yaxınlığındakı hava hücumunda şəhid edildilər.
Amerikanın müharibə nazirliyi- Pentaqon-un bildirdiyinə görə, bu hava hücumu barədə əmri, bu ölkənin prezidenti Donald Tramp veribdir.
Bir çox ölkə, təşkilat və qrup Amerikanın bu terror hərəkətini pisləyibdir.
General Soleymani və Əbu Məhdi Əlmuhəndis Qərbi Asiyia bölgəsində İŞİD daxil olmaqla təkfirçi və terrorçu qruplarla mübarizənin görkəmli simalarından idilər.