Yan 31, 2020 15:41 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin sonuncu gecəsi keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin sonuncu gecəsi keçirilib

İslam İnqilabının Böyük Rəhbərinin və xalqın müxtəlif təbəqələrindən minlərlə nəfərin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin sonuncu gecəsi keçirilib.

Bu mərasimdə höccətulislam vəlmuslimin Seyyed Əhməd Xatəmi öz çıxışında Həzrət Zəhra(s.ə)-nın haqqı müdafiə yolundakı məntiqli, şücaətli və paklıqla iştirakını o həzrətin yüksək xüsusiyyətlərindən adlandırıb. O, xalqın şövqlə və fəal şəkildə iştirakını islami quruluşun ötən 41 ildəki həyatının əsas amili hesab edib.

Xatəmi deyib: Xalq İran İslam Respublikasının əsas sərmayəsidir və qarşıda duran iki meydanda, yəni builki 22 bəhmən mərasimində və İslam Şurası Məclisinə seçkilərdə də keçmişdəkindən daha parlaq şəkildə iştirak edəcək.

Höccətulislam Xatəmi həmçinin amerikalıların “əsrin sövdələşməsi”ni əsrin cinayəti və Fələstin ərazilərinin yenidən işğalı üzrə sövdələşmə adlandırıb. O, deyib: Dini və milli qeyrət tələb edir ki, İslam Dünyası cinayətkar Amerikaya və sionistlərə qarşı vahid şəkildə ayağa qalxsın.

Bu mərasimdə həmçinin Əhli-Beyt(ə) mədhiyyəçiləri təvəssül duası oxuyublar. Onlar müsibəti zikr edib, mərsiyyə oxuyaraq, Həzrət Seddiqeyi-Kübra(s.ə)-nın müsibətlərindən danışıblar.

 

 

 

Teqlər