Mart 01, 2020 21:21 Asia/Baku
  • İdlibin ətrafında Türkiyə ordusuna məxsu PUA vurulub
    İdlibin ətrafında Türkiyə ordusuna məxsu PUA vurulub

Suriya ordusu bu ölkənin şimal qərbində yerləşən İdlibin yaxınlığında Türkiyə ordusuna məxsus bir ədəd Pilotsuz Uçan Aparatın vurulduğunu bildirib.

SANA xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusunun PUA-sı İdlibin yaxınlığında yerləşən Səraqib şəhərinin səmasında uçarkən Suriya ordusu tərəfindən hədəfə alınaraq məhv edilib. 

Eyni zamanda Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı bir bəyanat yayaraq bildirib ki, bu ölkənin şimal qərbində xüsusiylə İdlib vilayətində hava sərhədləri hərhansı təcavüzkar hərbi təyyarə və PUA üzərinə bağlıdır. 

Suriya ordusunun komandanlığı bildirib : Suriya torpaqlarında düşmən ölkələrin təyyarələri vurulaaq və İdlibdə terrorçuları xilas etmək üzrə təcavüzkar əməliyyatlar uğur qazanmayacaq. 

Suriya ordusunun İdlib və Hələb vilayətlərində terrorçuların son bazalarını mühasirəyə almaqdakı son qələbələri Türkiyə ilə Suriya dövlətləri arasında çaxnaşmaları artırıb. 

Başqa məlumata görə, Suriya ordusu ölkənin cənubunda Duranın şimal hissəsində Əssənəmin şəhərində terrorçu qrupların hücumunu zərərsizləşdirib. 

Suriya ordusunun bu ölkənin müxtəlif bölgələrində silahlı qruplara qarşı anti-terror əməliyyatı davam edir.

İDLİBDƏ TÜRKİYƏ ORDUSUNUN PUA-SI VURULUB 

Teqlər