Zərif de Kuelyarın vəfatı münasibətilə başsağlığı verib
https://azeri.sahartv.ir/news/Özəl-i358883-zərif_de_kuelyarın_vəfatı_münasibətilə_başsağlığı_verib
İranın xarici işlər naziri BMT-nin keçmiş baş katibi Xavyer Peres de Kuelyarın vəfatı münasibətilə başsağlığı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2020 01:57 Asia/Baku
  • Zərif de Kuelyarın vəfatı münasibətilə başsağlığı verib

İranın xarici işlər naziri BMT-nin keçmiş baş katibi Xavyer Peres de Kuelyarın vəfatı münasibətilə başsağlığı verib.

Məhəmməd Cavad Zərif bu gün axşam tvitter-dəki hesabında Xavyer Peres de Kuelyarın vəfatından təəssüf ifadə edərək, yazıb: Onun nəzarəti altında dünyada bir çox münaqişələr başa çatdı; o cümlədən İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddamın İrana qarşı müharibəsi atəşkəsə çatdı.

Zərif bu mesajın davamında BMT-nin keçmiş baş katibinin vəfatı münasibətilə onun ailəsinə başsağlığı verib.

BMT-nin keçmiş baş katibi Xavyer Peres de Kuelyar 1991-ci ilin dekabrında bu təşkilatın Təhlükəsizlik Şurasına bir hesabat təqdim edərək, açıq şəkildə İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddamı İranla müharibəni başlayan tərəf elan etdi.

O, 1982-ci il yanvarın birindən 1991-ci il dekabrın 31-dək BMT-nin baş katibi olubdur.

O, bu gün yüz yaşında vəfat edibdir.

 

ZƏRİF DE KUELYARIN VƏFATI İLƏ BAĞLI BAŞSAĞLIĞI VERİB