Azərbaycan R-da novruz şənlikləri ləğv edilib
https://azeri.sahartv.ir/news/Özəl-i359134-azərbaycan_r_da_novruz_şənlikləri_ləğv_edilib
Azərbaycan Respublikasında koronavirusla mübarizə qərargahı bu ölkədə novruz şənliklərinin ləğv edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2020 08:27 Asia/Baku
  • Azərbaycan R-da novruz şənlikləri ləğv edilib

Azərbaycan Respublikasında koronavirusla mübarizə qərargahı bu ölkədə novruz şənliklərinin ləğv edilməsindən xəbər verib.

Azərbaycan Respublikasında koronavirusla mübarizə qərargahı bu məqsədlə bu ölkə vətəndaşlarından istəyibdir ki, toy və yas mərasimləri kimi ümumi mərasimlər keçirməkdən də çəkinsinlər.

Azərbaycan Respublikasında koronavirusla mübarizə qərargahı bildirib ki, bu qərargah ümumdünya səhiyyə təşkilatının istəyinə əsasən və dünyada koronavirus epidemiyasının hazırkı vəziyyətini nəzərə alaraq, novruz şənlikləri və digər kollektiv tədbirlərin ləğvi qərarına gəlibdir.

Azərbaycan Respublikasında koronavirusla mübarizə qərargahı həmçinin bu ölkə vətəndaşlarına tövsiyə edibdir ki, ictimai məkanlarda qeyri-zəruri iştirakdan çəkinsinlər.

Hazırda Azərbaycan Respublikasında koronavirusa yoluxma üzrə 300-ə yaxın şübhəli şəxs karantində saxlanır.

 

AZƏRBAYCAN R-DA NOVRUZ ŞƏNLİKLƏRİ LƏĞV EDİLİB