Mart 11, 2020 12:59 Asia/Baku
  • İran nüvə anlaşmasının tam icrasına geri dönsün

Avropa Birliyi dünən bir bəyanatda sanksiyaların götürülməsinin nüvə anlaşmasının zəruri bir hissəsi olduğunu bildirsə də İrandan istəyibdir ki, nüvə anlaşmasındakı öhdəliklərinə tam şəkildə geri dönsün.

Avropa Birliyi bu bəyanatda nüvə anlaşmasının önəmini vurğulayıb və iddia edib ki, bu birlik həmin beynəlxalq anlaşmanın qorunması üçün əlindən gələni əsirgəməyəcəkdir.

Avropa Birliyi iddia edib ki, nüvə anlaşmasının qorunması istiqamətində dünya ictimaiyyəti ilə həmkarlıq etmək əzmindədir.

İran Amerikanın 2018-ci il mayın səkkizində birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından sonra anlaşmanın digər tərəflərinin öz öhdəliklərinə əməl etmələri şərti ilə bu anlaşmadakı öhdəliklərini qorumağa çalışdı. Lakin indiyədək avropalılar bu anlaşmanın qorunması istiqamətində verdikləri vədlərin həyata keçirilməsi istiqamətində heç bir uğur qazanmayıblar.

Belə bir şəraitdə İranın Ali Milli Təhlükəsizlik Şurası 2019-cu il mayın 8-də, yəni Ameikanın nüvə anlaşmasından çıxmasının birinci ildönümündə bildirdi ki, öz anlaşma öhdəliklərini bu anlaşmanın 26 və 36-cı maddələrinə əsasən, etaplarla azaldacaq ki, İranın öhdəlikləri ilə hüquqları arasında müvanizət yaranmış olsun.

İran dövləti 2020-ci il yanvarın beşində bir bəyanatda Tehranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılması istiqamətində beşinci və sonuncu addımı atdığını bildirdi.

Doqquz gün sonra yanvarın 14-də Almaniya, İngiltərə və Fransa İranın bu addımına cavab olaraq Brüsseldə verdikləri bir açıqlamada bu anlaşmadakı ixtilafların həlli mexanizmini fəal etdiklərini bildirdilər ki, bu qərar İranın reaksiyası ilə üzləşdi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa üçlüyünün bu addımına cavab olaraq, bildirdi ki, Tehran hüquqi yolla avropalı ölkələrin son qərarını təqib edəcək. O, dedi ki, İran İslam Respublikası ixtilafların həlli üsulu məsələsinə rəsmi şəkildə Amerikanın nüvə anlaşmasından çıxmasından sonra başladı.

Nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən, qarşı tərəfin öz öhdəliklərinə sadiq qalmayacağı halda, İranın öz öhdəliklərini külli və ya cüzi formada dayandırmaq haqqı var. 

İran vurğulayıbdır ki, sanksiyaların götürüləcəyi və İranın nüvə anlaşmasının mənfəətlərindən yararlanacağı halda, Tehran bu anlaşmadakı öhdəliklərinə geri dönməyə hazırdır.

 

AB: İRAN NÜVƏ ANLAŞMASINDAKI ÖHDƏLİKLƏRİNƏ GERİ DÖNSÜN

 

Teqlər