Mart 22, 2020 21:39 Asia/Baku
  • İrana qarşı sanksiyaların ləğvinə çağırış
    İrana qarşı sanksiyaların ləğvinə çağırış

İngiltərədə ən iri anti-müharibə hərəkatı bir bəyanatda bu ölkə vətəndaşlarından istəyibdir ki, İranda koronavirusla mübarizə yolunda bir maneə olan ABŞ-ın sanksiyalarının tez bir zamanda ləğv edilməsi üçün öz bölgələrinin parlament üzvləri ilə lobbiçilik etsinlər.

İngiltərədə ən iri anti-müharibə hərəkatının bəyanatında deyilir: Koronavirus pandemiyası dünyaya misli görünməmiş təsirlər göstərib, amma İran vətəndaşları Amerikanın sanksiyaları və tibbi ləvazimatlara əlçatmazlıq ucbatından öz həyatını itirirlər.

Bu bəyanat İngiltərə vətəndaşlarından istəyibdir ki, parlament üzvləri ilə məktublaşmaq yolu ilə hökuməti bu həssas şəraitdə İrana qarşı insanlığa zidd sanksiyaları götürməsi üçün Amerikaya təzyiq göstərməyə məcbur etsinlər.

İndiyədək İngiltərədə çox sayda xalq və insan haqları hərəkatı və orqanı Amerikanın İrana qarşı insanlığa zidd sanksiyalarının ləğv edilməsini istəyibdir.

İngiltərə İslami İnsan Haqları Komissiyası BMT baş katibinə məktubda yazıbdır ki, koronavirus pandemiyasının qızğın çağında sanksiyaların davam etməsi İran xalqının və regionun birbaşa şəkildə hədələnməsi və insan normalarına qarşı aşkar bir təhqir sayılır.

Həmçinin xaricdə yaşayan bir qrup iranlı BMT baş katibinə və Ümumdünya Səhiyyə Təşkilatının sədrinə ünvanladığı uzun bir məktubda onların dərman sanksiyalarının ləğvi istiqamətində ciddi addımlar atmalarını istəyibdir.

 

İRANA QARŞI SANKSİYALARIN LƏĞVİNƏ ÇAĞIRIŞ

Teqlər