Koronavirusun aradan götürülməsi beynəlxalq həmrəylik tələb edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, koronavirusun aradan götürülməsi beynəlxalq həmrəylik tələb edir. Bilidirib ki, bu virus sərhəd, milliyyət və din tanımır və indiyədək təqribən 200 ölkəni özü ilə məşğul edibdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi İran xalqının koronavirusa düçar olmuş ölkələrin kədəri ilə bölüşməsi üçün Tehrandakı Azadi qülləsində keçirilən üçölçülü işıqlandırma- videoməp-ə baxış mərasiminin kənarında əlavə edib ki, İranın koronavirusla mübarizədəki fəaliyyəti dünya ölkələri ilə eyni səviyyədədir.
Mousəvi deyib: İranda koronavirusun müalicəsi və onunla mübarizə sahəsində müəyyən addımlar atılıb və yaxın gələcəkdə xəbərlər yayılacaqdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin koronavirusla mübarizə prosesində İrana kömək etmiş bütün təşkilat və ölkələrə təşəkkür edərək, söyləyib: Çin İrana maddi yardımlar göndərərək, hazırda bu virusla mübarizə sahəsində iranlı ailmlərlə elmi əməkdaşlığa başlayıbdır.
Mousəvi ümidvarlıq edib ki, nəhs koronavirusun kökü tez bir zamanda kəsiləcək və İran da başqa ölkələrə maddi və təchizat yardımları göstərə biləcək.
Son məlumatlara görə, indiyədək dünyada 877 min nəfərdən çox insan bu virusa yoluxubdur ki, onlardan 185 min nəfərdən çoxu sağalıb, azı 43 min nəfər isə həyatını itiribdir.
COVID-19-UN ARADAN GÖTÜRÜLMƏSİNDƏ BEYNƏLXALQ HƏMRƏYLİK