Apr 14, 2020 18:04 Asia/Baku
  • İranda 48 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
    İranda 48 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri ölkədə 74 min 877 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, indiyədək bu xəstələrdən 48 min 129 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxmanın tənəzzül prosesinin davam etməsinə toxunaraq, söyləyib: Ötən sutka ərzində və qəti diaqnoz meyarlarına əsasən, İranda COVID-19-a 1574 yeni yoluxma halı aşkar edilib.

Cəhanpour həmçinin vurğulayıb ki, uzun müddətdən sonra COVID-19 xəstəliyindən ölənlərin sayı ötən sutkada iki rəqəmli göstəriciyə enib. O, deyib: Keçən 24 saat ərzində daha 98 xəstə vəfat edibdir ki, bu xəstəliyin İranda yayılmasından bəri bütövlükdə 4683 nəfər həyatını itiribdir.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

İRANDA 48 MİNDƏN ÇOX COVID-19 XƏSTƏSİ SAĞALIBDIR

Teqlər