Apr 18, 2020 09:30 Asia/Baku
  • Amerikanın Fars Körfəzində iştirakının nəticəsi əmin-amansızlıqdır
    Amerikanın Fars Körfəzində iştirakının nəticəsi əmin-amansızlıqdır

İranın müdafiə naziri Fars Körfəzində Amerika ilə son qarşıdurmaya reaksiyada deyib: Amerikalıların Fars Körfəzində qanunsuz və təcavüzkarcasına iştirakları əmin-amansızlığa bais olur.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu gün Tehranda Ordu günü mərasiminin kənarında söyləyib: Fars Körfəzi bölgəsində əmin-amansızlığa bais olan məsələ, əslində amerikalıların qanunsuz və təcavüzkarcasına iştiraklarıdır ki, okeanın o tayından gələrək, bizim sərhədlərimizin kənarında iştirak və yersiz iddialar da edirlər.

O, sonra deyib: Biz öz evimizdəyik. Onlar isə təhdid və sanksiya ilə region ölkələri üçün problem yaratmaq üçün okeanın o tayından gəliblər.

Bundan öncə bir ABŞ qırıcısı İranın hava məkanına soxulmağa can atıb, amma İran İslam Respublikasının hava hücumundan müdafiə qüvvələrinin xəbərdarlığı ABŞ qırıcısının öz istiqamətini dəyişməsinə səbəb olub.

İranın silahlı qüvvələri dəfələrlə ABŞ rəsmilərinə xəbərdarlıq ediblər ki, əgər İranın təhlükəsizliyinə qarşı azacıq da olmuş olsa belə, mənfi fikirə, hərəkətə və tamaha malik olmuş olarlarsa, İran İslam Respublikasının ən kəskin cavabı ilə üzləşəcəklər.

ABŞ-IN FARS KÖRFƏZİNDƏ İŞTİRAKININ NƏTİCƏSİ ƏMİN-AMANSIZLIQDIR

 

Teqlər