İngiltərə və Fransa Amerikanın quldurluğunu qəbul ediblər
İran Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə İngiltərə və Fransanın Nur peyki ilə bağlı mövqelərini rədd edib və onun onların ikili standartlarından və Amerikanın quldurluğunu qəbul etmələrindən irəli gəldiyini bildirib.
Seyyed Əbbas Mousəvi İngiltərə və Fransanın Nur peykinin atılması ilə bağlı mövqelərini qəbuledilməz adlandırıb və belə deyib: Dinc məqsədlərlə kosmik texnologiyadan istifadə İran İslam Respublikasının müdafiə proqramı və elmi inkişafının bir hissəsidir və heç bir beynəlxalq müahidə İrana iranlı elitlərin və ekspertlərin səyləri hesabına əldə olunmuuş bu texnologiyaya nail olmağı və onu əldə etməyi qadağan etmir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü belə qeyd edib: Amerika nüvə anlaşmasından çıxmaq və İrana qarşı qanunsuz sanksiyaları qəbul etdirməklə hər gün və hər an BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğu bir halda, Avropa ölkələrinin Amerikaya etiraz etməyib onu məhkum etməkdən çəkinmələri təəccüb doğurur və ikili standartlardan və Amerikanın beynəlxalq səhnədəki quldurluğuna boyun əyməkdən xəbər verir.
Amerika daima modern texnologiyaları öz inhisarlarından saxlamağa çalışan bəzi müttəfiqləri ilə yanaşı iddia edir ki, İranın kosmosa süni peyk göndərməsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsilə təzad təşkil edir.
«Nur» süni peyki İran İslam Respublikasının ilk hərbi peyki kimi çərşənbə günü səhər Sepah vasitəsilə İranın mərkəzi səhrasından üç etaplı «Qasid» peykdaşıyıcısından kosmosa atılaraq, yerin 425 kilometrlik orbitində yerləşdi.
LONDON VƏ PARİS AĞ EV-İN QULDURLUĞUNU QƏBUL EDİBLƏR