«Həmrəy İran» hərəkatı başlanıb
Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Yayılması Ofisinin informasiya saytı mübarək Ramazan ayının başlanması ilə bir zamanda islami cəmiyyətdə yardım anlamının yayılması məqsədilə «Həmrəy İran» hərəkatına başlayıb.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei aprelin 9-da 15 şəban bayramı münasibətilə televiziya ilə etdikləri çıxışda buyurdular: Ramazan ayı yoxsullara yardım, bağışlama və fədakarlıq ayıdır. Nə yaxşı olardı ki, yoxsullar və ehtiyaclılara mömincəsinə kömək, yardım və həmrəylik üçün ölkədə geniş bir hərəkat təşkil edilsin və əgər bu hadisə baş verərsə, bu il barədə zehinlərdə xoş bir xatirə qoymuş olacaqdır.
Bu münasibətlə KHAMENEI.IR informasiya saytı şənbə günü «Həmrəy İran» hərəkatına başladı.
Bu hərəkatda məqsəd, islami cəmiyyətdə yardım anlamının yayılmasıdır.
İslam İnqilabının Böyük Rəhbərinin bəyanında məqsəd, bütün işlərdə mömin qardaşa yardım etmək və onun yanında olmaqdır. İnsan bunu bir vəzifə bilsin; fikir, maliyyə, cismani və abır yardımı kimi.
Bütün iranlılar koronavirus pandemiyası ilə bir vaxtda xalq yardımlarını toplayaraq, ehtiyaclı ailələr arasında ərzaq və səhiyyə bağlamaları formasında paylayıblar. Ölkə boyu dövlət qurumlarının koordinasiyası ilə xalq qrupları tərəfindən çirkab təmizləmə, dezinfeksiya, tibbi maskaların və ləvazimatların istehsalı və paylanması da həyata keçirilməkdədir.