May 28, 2020 15:29 Asia/Baku
  • Tankerlərin göndərilməsi ABŞ-ın birtərəfli siyasətlərinə bir cavabdır

İran İslam Respublikasının Venesueladakı səfiri deyib ki, İran tankerlərinin Venesuela sularına yan almaları ABŞ-ın birtərəfli siyasətlərinə möhkəm bir cavab sayılır.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Venesueladakı səfiri Höccətullah Soltani dünən Livanın Əlməyadin telekanalı ilə müsahibədə sonra belə söyləyib: Venesuela və İran dünyanın adından Vaşinqtona “yox!” dedi və azad ticarət sahəsindəki haqlarına təkid etdilər.

Soltani deyib: Amerika daha dünya ölkələrinə deyə bilməz ki, nə etsinlər və bir çox ölkə bundan sonra öz hüquqlarına görə, tələb irəli sürəcəkdir.

İran tankerlərinin Venesuelada olmalarına toxunan Soltani deyib: İran tankerlərinin Venesuelada olmaları təkcə İran və Venesuela üçün deyil, həm də bütün dünya xalqları üçün bir nailiyyətdir.

Soltani Venesuelanın ehtiyac duyduğu hər bir sahədə İranın bu ölkəyə yardıma tam şəkildə hazır olduğunu bildirib.

ABŞ rəsmilərinin İran tankerlərinin Venesuelaya daxi olmalarını əngəlləyəcəklərinə dair təhdidlərinə rəğmən, ötən günlər ərzində İranın üç tankeri Venesuela limanlarına yan alaraq, öz yanacaq yükünü təhvil verməklə məşğuldur.

İran yanacağını daşıyan Fortune, Forst, Petoniya, Fekson və Kelavel tipli beş tanker İrandan Venesuelaya doğru hərəkət ediblər.

Teqlər

Şərhlər