Mart 20, 2021 15:48 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri 1400-cü günəş ilinin başlanması münasibətilə novruz bayramını təbrik edərək, yeni ili «istehsal, himayələr, maneələrin aradan qaldırılması» ili adlandırıblar.

Verilişin müddəti : 00:15:42

Tarix :        20-03-2021

 

--------------------------------------------------------------------------------------------------------------

SəhərAzəri xəbər verir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei 1400-cü günəş ilinin başlanması münasibətilə verdikləri müraciətin bir hissəsində belə qeyd ediblər:

Novruz bayramının və yeni ilin gəlməsi münasibətilə bütün əziz həmvətənlərimizi, xüsusən möhtərəm şəhid və müharibə əlillərinin ailələrini və bütün fədakar döyüşçüləri təbrik edirəm. Həmçinin bayram münasibətilə novruz bayramını qeyd edən bütün xalqları təbrik edirəm.

Bu il bizim bayramımız mübarək şəbaniyyə bayramlarına təsadüf edir ki, ümid edirəm, bu maddi və mənəvi cəhətdən bizim yeni ilimiz üçün inşaallah, firavan bərəkətlərə malik olacaq. Və 1400-cü il onunla mübarəkdir ki, onda iki nimeye şəban var və xalq bu ildə iki dəfə Vəliyullahuləzəm(ərvahuna fidah)-ın mövludunu bayram edəcək.

Həzrət Ayətullahuluzma Xamenei 1399-cu ili müxtəlif və nadir hadisələr, xüsusən naməlum koroanavirus fenomeni ilə dolu olduğunu bildirərək, deyiblər: Bizim xalq üçün doğrudan da nadir və naməlum olan hadisələrdən biri, koronavirus fenomeni idi ki, demək olar ki, bütün xalqın həyatını müəyyən tərzdə təsir altına aldı. Həm məşğuliyyətləri, həm dərs mühitlərini, dini toplantıları, həm səfərləri, idmanı və ölkənin digər müxtəlif məsələrini təsir altına aldı və ölkədəki məşğulluğa möhkəm zərbə vurdu.

İslam İnqilabının Böyük Rəhbəri koronavirus nəticəsində əziz xalqdan on minlərlə nəfərin həyatını itirməsini 1399-cu ilin kədərli hadisələrindən adlandırıb və həyatlarını itirənlər üçün ilahi rəhmət diləyərək, onların ailələrinin kədəri ilə bölüşüblər.

O həzrət düşmənin maksimum təzyiqinin sınmasını 1399-cu ildəki milli bacarıqlardan adlandırıb və belə deyiblər: Amerika başda olmaqla bizim düşmənlərimiz İran xalqını bu maksimum təzyiq ilə dizə çökdürmək istəyirdilər. Əlbəttə, biz bilirdik ki, xalq dayanacaq və düşmənlər məğlub olacaqlar. Amma bu gün amerikalıların özlərinin və onların avropalı yoldaşlarının etiraflarına görə, maksimum təzyiq uğursuz qalıbdır.

Həzrət Ayətullahuluzma Xamenei sonra 1399-cu ilin şüarının, yəni istehsal sıçrayışının reallaşması miqdarını dəyərləndirərək, deyiblər:

Çox sayda xalq və dövlət məlumatlarına görə, istehsal sıçrayışı ölkənin müxtəlif sektorlarında qəbulediləsi həddə həyata keçibdir.

İslam İnqilabının Böyük Rəhbəri istehsal sıçrayışı şüarını tamamilə inqilabi bir şüar adlandıraraq, belə qeyd ediblər: İstehsal sıçrayışının reallaşması həm ölkədə, o cümlədən milli pulun dəyəri məsələsində dərin iqtisadi təsirlərə malikdir, həm də milli təhlükəsizliyə zəmanət, ümumi razılıq və milli özünəinama səbəb olur.

Həzrət Ayətullahuluzma Xamenei investisiya təşviqediciləri də daxil olmaqla təşviqedicilərin yaradılmasını istehsal sıçrayışına lazım olan məsələ adlandıraraq, söyləyiblər: Ölkədə məşğulluğun durumu elə olmalıdır ki, insanlar istehsalda investisiyaya təşviq olsunlar və istehsal xərclərinin artmasının qarşısı alınsın.

Həzrət Ayətullahuluzma Xamenei 1400-cü ili seçkilərin qarşıdan gəlməsinə, həmçinin istehsal sıçrayışının çiçəklənməsi üçün münasib zəminin mövcud olmasına görə, həssas və mühüm bir il adlandırıb və belə söyləyiblər: 1400-cü il xordad seçkiləri və yeni müdiriyyətlərin və ehtimal üzrə güclü stimullar və yeni nəfəslə hakimiyyətə gəlməsi bu ili ökənin gələcəyində son dərəcə mühüm, həssas və təsiredici edibdir.

İslam İnqilabının Böyük Rəhbəri sonra vurğulayıblar: İstər hazırkı, istərsə də gələcək dövlət/ istehsalı/ hərtərəfli qanuni, dövlət və hökumət himayələri ilə və onun qarşısındakı maneələri aradan qaldırmaqla ciddi-cəhd göstərməlidirlər ki, bu il, istehsal sıçrayışı əsl mənada həyata keçmiş olsun.

 

--------------------------------------------------------------------------------------------------------------

 

 

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər