İslamiada: İran Qətərə qalib gəldi
https://azeri.sahartv.ir/news/İdman-i269236-İslamiada_İran_qətərə_qalib_gəldi
IV İslam Həmrəyliyi Oyunlarına ezam olunan İranın voleybol üzrə yığma komandası Qətər yığmasını məğlub edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2017 04:25 Asia/Baku
  • İslamiada: İran Qətərə qalib gəldi
    İslamiada: İran Qətərə qalib gəldi

IV İslam Həmrəyliyi Oyunlarına ezam olunan İranın voleybol üzrə yığma komandası Qətər yığmasını məğlub edib.

Bazar günü gecə baş tutan qarşılaşmada İran voleybolçuları 3:0 hesabı ilə qalib gəliblər. 

İranın voleybol üzrə yığma komandası Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında B qrupunda Qətər, Səudiyyə Ərəbistanı, Mərakeş və Əlcəzairlə mübarizə aparır. 

IV İslam Həmrəyliyi Oyunları 54 islam ölkəsindən 22 idman növündə idmançıların iştirakı ilə cümə günündən etibarən Azərbaycan paytaxtı Bakıda başlayıb və 22 maya qədər davam edəcək. 

İranın idman karvanı 127 kişi və 31 qadın idmançı ilə 20 idman növündə iştirak edir.