May 24, 2015 19:03 Asia/Baku
  • İŞİD-in İrana nüfuz cəhdləri
    İŞİD-in İrana nüfuz cəhdləri

İran Ordusunun Quru Qoşunlarının komandanı deyib ki, təkfirçi-terrorçu qüvvələr bizim sərhədlərimizin yaxınlığındadırlar və keçmişdə İŞİD İrana girmək üçün sursat anbarı proqnozlaşdırıbmış.

Səhər kanalının məlumatına görə, İran Ordusunun Quru Qoşunlarının komandanı general Əhmədrza Purdəstan Xürrəmşəhrin azad edilməsinin ildönümü günündə İslam Şurası Məclisinin açıq iclasında etdiyi çıxışında deyib: Bu gün hədələrin yeni siması ilə üzləşirik ki, növ, forma və miqyas baxımından keçmişdəkindən fərqlənir.
O, deyib: Ötən il elə bu zamanda Silahlı Qüvvələrin Baş Qərargahı bizə bildirdi ki, İŞİD terrorçuları Cəlula və Səidiyyədədirlər və onların sonrakı addımları Xaniqəyn olubdur ki, bizim ölkəmizə gəlmək istəyirdilər.
Purdəstan vurğulayıb: Bu qruplaşmalar bizim sərhəd vilayətlərimizdə xüsusi atmosfer yaratmışdılar və sursat anbarı və qüvvə nəzərdə tutmuşdular ki, daxil olduqları zaman terror, partlayış və çaxnaşma törətsinlər ki, naməlum əsgərlər və təhlükəsizlik və kəşfiyyat qüvvələri tərəfindən zərərsizləşdirildi.
İran Ordusunun Quru Qoşunlarının komandanı əlavə edib: Biz beş gündən az bir müddətdə onlarla mübarizə üçün döyüş diviziyası təşkil etdik və bizim piyada və vertolyot kəşfiyyat qüvvələrimiz İraqın 40 kilometr içərisinədək getdilər.
O, qeyd edib ki, ordu və sepah-ın quru qoşunları gücləndirilməlidir, zira bu gün döyüş quru qüvvələrinin döyüşüdür.

Teqlər