Əmir Abdullahiyan Moskvaya gedib
https://azeri.sahartv.ir/news/İran-i194151-Əmir_abdullahiyan_moskvaya_gedib
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini regionun vəziyyəti, xüsusən Yəmənin olayları barədə Rusiya rəsmiləri ilə məşvərət aparmaq üçün Moskvaya yollanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2015 04:28 Asia/Baku
  • Əmir Abdullahiyan - İranın xarici işlər nazrinin müavini
    Əmir Abdullahiyan - İranın xarici işlər nazrinin müavini

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini regionun vəziyyəti, xüsusən Yəmənin olayları barədə Rusiya rəsmiləri ilə məşvərət aparmaq üçün Moskvaya yollanıb.

IRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan bu gün səhər Rusiya prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi və bu ölkənin xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüşdə regionun vəziyyəti barədə onunla məşvərət etməlidir.
Ərəbistanın Yəmənə təcavüzünə son qoyulmasının vacibliyi haqda məşvərət və danışıq, siyasi həll yolu üzərində təmərküzləşmə, Suriya, İraq və Bəhreyn hadisələrinin araşdırılması, həmçinin terrorizmlə mübarizə Tehran ilə Moskvanın regional dialoqlarının bu dövrünün hədəflərindəndir.
Əmir Abdullahiyan və Boqdanov cümə günü də telefon söhbərində regionun, xüsusən Yəmənin vəziyyəti barədə məşvərət ediblər.