Sərkərdə Süleymani: Amerika İŞİD-in şərikidir
May 25, 2015 10:33 Asia/Baku
-
Sərkərdə Süleymani: Amerika İŞİD-in şərikidir
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı İranın təhlükəsizlik və qüdrət zirvəsində olduğunu deyərək, soruşub: Amerikanın rəftarı İŞİD ilə mübarizə üçün heç bir iradənin mövcud olmadığ deyilmi?
Səhər kanalının məlumatına görə, Süleymani dünən axşam Kirman vilayətinin döyüşçüləri və müharibə əlillərinin böyük toplantısında İŞİD-in İraqdakı cinayətlərinə toxunaraq, deyib: Necə ola bilər ki, Amerika İraq xalqını himayə bəhanəsilə Rəmadinin bir neçə kilometrliyində olsun və bu ölkədə qırğın və cinayətlər törədilsin, amma onlar tərəfindən heç bir addım atılmasın? Bunun mənası fitnədə şərik olmaqdan başqa bir şeydirmi?O, Obamanın İŞİD ilə mübarizə üçün indiyədək heç bir iş görməməsinə toxunaraq, söyləyib: Amerikanın bu rəftarı İŞİD ilə mübarizə üçün heç bir iradənin mövcud olmadığını göstərməkdən başqa bir şey deyildirmi?
Süleymani deyib: İŞİD taun və böyük beynəlxalq bəladır və biz "Allahu Əkbər" fəryadı etməklə cinayətkar İŞİD-çilərin vəhşicəsinə hərəkətləri qarşısında dayanacağıq.
Süleymani əlavə edib: Əgər bu gün bu taun qonşu ölkələrdə başını qaldırıbsa, öz sərhədlərimizi qorumalı və ölkəmizə sirayət etməsin deyə, bu virusa yoluxmuş ölkələrə bu bəladan qurtulmaq üçün kömək etməliyik.