May 25, 2015 17:32 Asia/Baku
  • General purdəstan
    General purdəstan

İran İslam Respublikası ordusu Quru Qoşunları komandanı İranın silahlı qüvvələrinin düşmənlərin təhdidləri ilə qarşılaşmağa hazır olduğunu bildirib.

İRNA-nın məlumatına görə, genral-mayor Əhmədrza Purdəstan bu gün bazar ertəsi İsfahanda keçirilən "Beytül-Müqəddəs 27" manevrinin kənarında İrana qarşı yönəlmiş təhdidlərin yeni simada zahir olmasına işarə edib və deyib: terrorçu qruplaşmaların varlığı yeni təhdidlər yaradıb və İranın silahlı qüvvələri vasitəçi müharibə atmosferinə daxil olmaq üçün tam hazırlığa malikdir.
Əhmədrza Purdəstan İran ordusunun ölkə sərhədlərini qorumağa və İranın tam təhlükəsizliyini qorumağa qadir olduğunu bildirib və deyib: Düşmənlərin ölkə sərhədlərindəki, regiondakı və regiondan kənar bütün fəaliyyətləri diqqətlə izlənilir.
General-mayor Purdəstan "Beytül-Müqəddəs 27" manevrini İranın bütün silahlı qüvvələri üçün yaxşı nümunə adlandırıb və deyib: Silahlı qüvvələr bundan istifadə edərək, öz potensiallarını gücləndirə bilərlər.
"Beytül-Müqəddəs 27" manevrinin yekin mərhələsi bu gün bazar ertəsi səhər "Ya Əli ibn Əbu Talib" şüarı ilə İsfahanın Nəsirabad ümumi məntəqəsində piyada qoşunu, mexaniki qüvvələr, zirehli qüvvələr, artilleriya və xüsusi təyinatlı qüvvələr, desant qüvvələri və ordunun Hava Qüvvələrinin qırıcı təyyarələrinin iştirakı ilə başlanıb.

Teqlər