Əmir Abdllahian: Yəməndə milli barışıq hökuməti təşkil olunmalıdır
May 26, 2015 09:42 Asia/Baku
İran İslam Respublikası xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: İranın 4 maddəlik layihəsinə əsasən Yəməndə milli barışıq hökuməti təşkil olunmalıdır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini bazar ertəsi günü günortadan sonra Moskvada Rossiya Seqodnya İnformasiya Agentliyinə verdiyi müsahibədə xatırladıb: İranın layihəsində məqsəd Yəməndə siyasi və dini qruplar arasında siyasi danışıqlara başlamaq üçün Yəmən məsələsindəki tərəf ölkələrin münasib iştirakıdır.İran xarici işlər nazirinin müavini bildirib: İran İslam Respublikası bu həssas şəraitdə Yəmən xalqını dəstəkləyir.
Əmir Abdullahian Yəmənə hücum etmiş ölkələr, o cümlədən Səudiyyə Ərəbistanının Yəmənin siyasi məsələlərinin həlli prosesində iştirak etməsi barədə deyib: Yəməndə müharibə və kütləvi qırğına əl atan ölkələr bu ölkənin məsələlərinin həlli prosesində iştirak etməməlidirlər.
Əmir Abdullahian Rusiyanın S-300 zenit raket kompleksinin İrana təhvil verilməsi barəsində də bildirib: S-300 sisteminin İrana təhvil verilməsi barəsində Rusiya tərəfi ilə müzakirələr uğurlu olmuşdur və bu silahların təhvili ilk münasib fürsətdə həyata keçiriləcək.
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian bazar ertəsi günü iki günlük Moskvaya işgüzar səfər edib.