Prezident: İranın nüvə komandası xalqın hüququ üçün ciddi addımlar atır
May 26, 2015 08:34 Asia/Baku
-
Prezident Həsən ruhani
İran İslam Respublikası prezidenti deyib: İranın güclü nüvə müzakirə komandası hər gün İran xalqının hüququnu yerinə yetirmək üçün daha ciddi addımlar atır.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, cənab Həsən ruhani Tehran vilayətinin qərb rayonlarına səfəri zamanı Məlard əhalisi qarşısında deyib: Digərlərindən böyük səsgücləndiricilər icarəyə götürən çox kiçik azlıqların olmasına baxmayaraq, xalqın əksəriyyəti dünya ilə konstruktiv, barışıq və sülh yolunu dəstəkləyir.Cənab Ruhani əlavə edib: Biz öz yolumuzu xalqın dəstəyi və İslam İnqilabının Böyük Rəhbərinin istiqamətləndirməsi ilə ötən aylardakı kimi irəlilədəcəyik.
İran prezidenti deyib: Bütün İran xalqı bilməlidir ki, yolumuz İran xalqının haqqını yerinə yetirmək və İranın böyük xalqı üçün fəxrli qələbəyə imza atmaqdır.
Cənab Ruhaninin sözlərinə görə, İran xalqı uca səslə və möhkəm rəftarı ilə bütün dünyaya elan edir ki, zorakılıq və ifratçılıq dövrü sona çatmışdır.
"Biz həm daxildə həmrəylik və yekdilliyə ehtiyaclıyıq, həm də regionda de-stabillik yaratmaq və qonşu ölkələrdə müharibə yaratmaq və qan axıtmağa çalışan düşmənlərin məkrli planları qarşısında müqavimət göstərməliyik" -deyə İran prezidenti əlavə edib.
Teqlər