İnqilab Rəhbəri İran İslam Şurası Məclisinin üzvləri ilə görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i194249-İnqilab_rəhbəri_İran_İslam_Şurası_məclisinin_üzvləri_ilə_görüşüblər_
İslam İnqilabının Böyük Rəhbəri İranın nüvə məsələsi ilə bağlı mövqeyinin dəyişilməz olduğunu və bundan öncə dəfələrlə aydın formada bəyan edildiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2015 10:52 Asia/Baku
  • İnqilab Rəhbəri İslam Şurası Məclisinin üzvləri ilə görüşüblər
    İnqilab Rəhbəri İslam Şurası Məclisinin üzvləri ilə görüşüblər

İslam İnqilabının Böyük Rəhbəri İranın nüvə məsələsi ilə bağlı mövqeyinin dəyişilməz olduğunu və bundan öncə dəfələrlə aydın formada bəyan edildiyini bildiriblər.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün çərşənbə İran İslam Şurası Məclisinin sədri və üzvləri ilə görüşdə deyiblər: İran İslam Respublikası quruluşunun müxtəlif məsələlər o cümlədən nüvə məsələsi ilə bağlı mövqeyi tam aydın və dəqiq formada, şifahi və yazılı şəkildə quruluşun rəsmilərinə elan olunub.
İnqilab Rəhbəri ölkə rəsmilərinin bütün sahələrdə ciddi səy və təlaş göstərdiklərini vurğulayaraq, əlavə ediblər: Onlar öz mövqelərinə təkid və ölkənin mənafeyini təmin etməlidirlər.