Ayətullah Nuri Həmədani: Ərəbistan və Qətərin neft pulları terrorizmə xidmət edir
https://azeri.sahartv.ir/news/İran-i194254-ayətullah_nuri_həmədani_Ərəbistan_və_qətərin_neft_pulları_terrorizmə_xidmət_edir
Böyük təqlid mərcəyi olan Ayətullah Nuri Həmədani deyib: Şübhəsiz bu gün Ərəbistan zalımdır və Yəmənin məzlum xalqına qarşı aşkar təcavüz edir; hamı ilə yumşaq davranmaq Quran və İslama ziddir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2015 12:53 Asia/Baku
  • Ayətullah Nuri Həmədani
    Ayətullah Nuri Həmədani

Böyük təqlid mərcəyi olan Ayətullah Nuri Həmədani deyib: Şübhəsiz bu gün Ərəbistan zalımdır və Yəmənin məzlum xalqına qarşı aşkar təcavüz edir; hamı ilə yumşaq davranmaq Quran və İslama ziddir.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Ayətullah Nuri Həmədani bu gün çərşənbə Sepah-ın bəzi komandanlarıilə görüşdə Ərəbistan və Qətərin neft pullarının terror qruplaşmalarının formalaşdırılmasına xərcləndiyini bildirib və deyib: Bu işdə məqsəd sionist rejimin təhlükəsizliyini təmin və Qərbin maraqlarına xidmət etməkdir.
Ayətullah Nuri Həmədani müsəlmanların iki əsas mərkəzinin yəni, Məkkə və əl-Əqsa Məscidinin Ali-Səud və sionistlərin ixtiyarında olduğunu deyərək, əlavə edib: təkfirçilər, vəhhabilər və sionistlər müsəlmanların qanını mübah hesab edirlər və müsəlmanları xüsusilə də şiələri qırmaq niyyətindədirlər. Belə bir şəraitdə biz oturub, tamaşa etməliyik? Ayətullah Nuri Həmədani həmçinin deyib: Quran İslam ilə düşmən olanlarla düşmən olmağımızı istəyir.