May 28, 2015 14:08 Asia/Baku
  • Azərbaycanın Respublika Günü
    Azərbaycanın Respublika Günü

28 may Respublika Günü münasibəti ilə rəsmi tədbir Təbrizin El Gölü otelinin ziyafət zalında keçirilib.

AzərTAc İnformasiya Agentliyinin məlumatına görə, bu tədbirdə İran və Azərbaycan Respublikasının milli himnləri səsləndirilib. Sonra Azərbaycanın baş konsulu Əli Əlizadə etdiyi çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin təsis olunması, fəaliyyəti və nailiyyətləri barədə iştirakçılara ətraflı məlumat verib.
Baş konsul əlavə edib: Azərbaycan Respublikası xalqı 70 illik əsirlikdən sonra yenidən öz müstəqilliyini əldə etdi və hal-hazırda ictimai, siyasi, ictimai, iqtisadi, elm və mədəniyyət və beynəlxalq münasibətlərdə böyük nailiyyətlər əldə olunub.
Əli Əlizadə Qarabağ sülh müzakirələrinin prosesi barədə məlumat verərək deyib: Bu münaqişənin həlli prosesində təcavüzkar ölkənin qeyri-konstruktiv mövqeyi və beynəlxalq vasitəçilərin ikili standartları təəssüfləndirici haldır. Lakin Azərbaycan Respublikası gec-tez nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Baş konsul son vaxtlar yüksələn xətlə inkişaf edən İran və Azərbaycan Respublikasının münasibətləri barədə də danışıb.
İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə də bu tədbirdə İran və Azərbaycan Respubliaksının münasibətlərinin əhəmiyyətinə toxunaraq iki ölkənin müştərək dəyərləri barədə danışıb.
O İran tərəfinin təbrikini Azərbaycan xalqı və dövlətinə çatdırıb.

Teqlər