İran Silahlı Qüvvələri təhdidlərlə üzləşməyə hazırdır
May 31, 2015 17:30 Asia/Baku
-
İran Silahlı Qüvvələri təhdidlərlə üzləşməyə hazırdır
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Quru Qüvvələri komandanı İran İslam Respublikası Silahlı Qüvvələrinin istənilən növ təhdid ilə üzləşməyə hazır olduğunu bildirib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, general-mayor Məhəmməd Pakpur bazar günü İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında İranın, xüsusilə də ölkə sərhədlərinin təhlükəsizlik vəziyyətini şərh edib. Sepah-ın Quru Qoşunları komandanı İran İslam Respublikası Silahlı Qüvvələrinin hazırlıq səviyyəsini xeyli yüksək adlandırıb və deyib: Bu qüvvələr istənilən növ təhdid ilə üzləşməyə hazırdırlar.Pakpur əlavə edib: Sepah sərhədlərdə təhlükəsizliyin təmin edilməsində hansısa problemə malik deyil.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Şurası ölkənin və ölkə sərhədlərinin təhlükəsizliyi ilə bağlı İran İslam Respublikasının təhlükəsizlik rəsmilərinin iştirakı ilə iclas keçirib.