Vilayəti: İran məzlumların yanındadır
İyun 02, 2015 09:23 Asia/Baku
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: İran İslam Respublikası məzlumların yanında dayanıb və onları müdafiə edir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti ötən gecə Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Lihamla görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada regionun reallıqları və onun səbəblərinə münasibət bildirib: Regionda hadisə ilk öncə Livanda başlandı, sonra Suriyaya sirayət etdi və müqavimətin ön cəbhəsi olan Suriya da təkfirçi hücumuna məruz qaldı.Vilayəti deyib: Formalaşan reallıqların Livanda, sonra isə Suriyada davam etməsi İraqa sirayət etdi və İraq xalqı və dövlətinə qarşı hücum strategiyası oldu.
Vilayətinin sözlərinə görə, təkfirçilərin İraqa hücumundan sonra, Yəməndə də oxşar hadisələr yarandı və Yəmən xalqı ilə sonuclanacaq bu hadisələrin davamı ABŞ, sionistlər və regionun irticaçıları tərəfindən böyük məkrli planın olduğunu göstərir.
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar mərkəzinin sədri bildirib: Amerika, regionun irticaçıları və sionistlər əl-ələ veriblər ki, müqaviməti aradan qaldırsınlar və sionist rejim üçün təhlükəsiz mühit yaratsınlar. Lakin onların bu yuxusu yozulmur və uğura çatmırlar.
Suriya parlamentinin sədri də terrorizmlə mübarizə iddiasında olan ölkələri tənqid atəşinə tutaraq deyib: Təəssüflər olsun ki, terrorizmlə mübarizə iddiasında olan ölkələrdə bu sahədə heç bir iradə yoxdur və terrorizm İraq və Suriyada genişlənməkdədir.
Cihad əl-Liham Suriya xalqının terrorizm və təkfirçilərlə mübarizəni davam etdirdiyini bildirərək əlavə edib: Bu döyüşdə xalqın və ordunun potensialına inanırıq.
Suriya parlamentinin sədri İranın yüksək səviyyəli rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə ötən gün parlament heyətinin müşayiəti ilə Tehrana daxil olub.