İyun 03, 2015 19:38 Asia/Baku
  • İmam Xomeyni(r.ə)-in vəfatının ildönümü günü ilə bağlı başsağlığı
    İmam Xomeyni(r.ə)-in vəfatının ildönümü günü ilə bağlı başsağlığı

Sabah, 1394-cü hicri şəmsi ili, xordadın 14-ü, 1436-cı hicri qəməri ili şəbanın on altısı və 2015-ci milad ili iyunun dördü, İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in vəfatının 26-cı ildönümü günüdür.

26 il bundan öncə belə bir gündə İran İslam İnqialbının Dahi Rəhbəri İmam Ruhullah Musəvi Xomeyni(r.ə.) 87 il yorulmaz və çox fəal bir həyatdan sonra gözlərini dünyaya yumdu və Haqq-Taalanın görüşünə tələsdi.
İmam Xomeyni(r.ə) öz mübarizələrinə 1342-ci hicri şəmsi ilindən müstəbid şahlıq rejimi və Amerikanın İrandakı müdaxilələri ilə mübarizə ilə başladı və nəhəyət şah rejimi tərəfindən Türkiyəyə, sonra da İraqa sürgün edildi.
İmam Xomeyni(r.ə) İraqda sürgündə olduğu on üç il ərzində çoxlu şagird yetişdirməkdən əlavə, şahlıq rejiminin pozğun mahiyyəti və Amerikanın İrandakı qanunsuz tamahkarlıqlarını ifşa etdi və aydınlaşdırıcı bildirişlər yayaraq, İslam İnqilabının zəfər çalmasına şərait yaratdı.
Nəhayət, mübarizənin yüksəlişi və İmam(r.ə)-in Fransaya hicrət etməsi, sonradan isə İrana əzəmətli qayıdışı İslam İnqilabının 1357-ci günəş ilində zəfər çalması ilə nəticələndi.
İslam İnqilabının qələbəsindən sonra fövqəlqüdrətlər, inqilabın daxili və xarici düşmənlərinin fitnələrinə, o cümlədən İraqın BƏS rejiminin İrana qarşı müharibəsinə rəğmən, İmam Xomeyni(r.ə) o dövrün sərt şəraitində İran xalqına mətanət və şücaətlə rəhbərlik etdi.

Teqlər