İyun 03, 2015 21:36 Asia/Baku
  • Məhəmməd Cavad Zərif - İranın XİN başçısı
    Məhəmməd Cavad Zərif - İranın XİN başçısı

İran İslam Respublikası xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının təhlükəsizlik iclasında iştirak etmək üçün Moskvaya səfər edib.

Təsnim xəbər agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə günü Moskvaya səfər edib.
İran İslam Respublikası 2005-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi üzv olaraq qəbul edilib və ondan bir il sonra bu təşkilata tam hüquqlu üzv olaraq qəbul edilməsi istəyi ilə çıxış edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov son zamanlar bir müsahibədə bildirdi ki, bu təşkilata qoşulmağın şərtlərindən birinin, üzv olmaq istəyən ölkənin BMT-nin sanksiyalarına məruz qalmış ölkə olmaması olduğunu nəzərə alaraq, İranın üzvlük məsələsi indiyə qədər araşdırılmayıb. Lavrov əlavə edib ki, İranın nüvə işi ilə bağlı anlaşmanın yekunlaşması və sanksiyaların ləğv edilməsi ilə İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü qarşısında artıq heç bir maneə qalmış olmayacaq.

Teqlər