İran, Rusiya və Çin xarici işlər nazirlərinin üçtərəfli görüşü
İyun 04, 2015 20:12 Asia/Baku
-
Məhəmməd Cavad Zərif, Sergey Lavrov
İran, Rusiya və Çin xarici işlər nazirləri mühüm regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparıblar.
Səhər kanalının məlumatına görə, İran, Rusiya və Çin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Sergey Lavrov və Vanq Yi Moskvada, beynəlxalq "Şanxay məntəqəsində təhlükəsizlik və sabitlik" konfransının kənarında regional və beynəlxalq məsələlər, habelə İranın altılıq ilə son nüvə müzakirələri haqda danışıblar.Məhəmməd Cavad Zərif bu gün beynəlxalq "Şanxay məntəqəsində təhlükəsizlik və sabitlik" konfransının kənarında Sergey Lavrov ilə görüşüb, iki ölkənin yüksək vəzifəli rəsmilərinin son bir ildəki görüşlərinin qənaətbəxş inkişafa malik olduğunu deyərək, ümidvarlıq edib ki, bu görüşlərin nəticələri iki ölkə həmkarlıqlarının genişlənməsində daha çox müşahidə olunacaq.
Lavrov da ikitərəfli əlaqələri alqışlayaraq, Rusiyanın İranın Şanxay Əməkdaşlıq Təşkilatında sabit üzvlüyünü dəstəklədiyini bildirərək, deyib ki, Moskva nəzarətçi ölkə kimi İranın fəal roluna görə təşəkkür edir.
İran və Rusiya xarici işlər nazirləri həmçinin son regional, xüsusən Suriya və Yəmən olaylarını araşdıraraq, dinc həll yolu və ifratçı, terrorçu və təkfirçi qrupların ortaq hədələri ilə təcili və hərtərəfli mübarizənin vacibliyini vurğulayıblar.