İslami Oyanışın genişlənməsi İslam İnqilabının nailiyyətidir
İyun 05, 2015 08:22 Asia/Baku
İslami Oyanış Beynəlxalq Assambleyasının baş katibi deyib: Region ölkələrində İslami Oyanış dağlasının genişlənməsi və İranın beynəlxalq imperializm və sionizmdən azad olması İmam Xomeyninin (rə) rəhbərliyi ilə İslam İnqilabının önəmli nailiyyətlərindəndir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Əkbər Vilayəti əlavə edib: İslami OYanışın ərəb və islam ölkələrində hərəkəti davam etməkdədir. Baxmayaraq ki, bəzi yerlərdə önəmli uğurları əldə etmiş və bəzi yerlərdə hələlik uğura çatmamışdır. Çünki düşmən bekar durmayıb və bu hərəkətin məğlubiyyəti istiqamətində çalışır.İslam dünyası səviyyəsində İmam Xomeyninin (rə) ali düşüncələrinin bərəkətlərinin genişlənməsinə ümid bəsləyən Vilayəti din və islam dəyərləri, islami oyanışın düzgün hərəkətlərinə qarşı psixoloji müharibəni yaratmaq üçün islam düşmənlərinin səyləri barədə xəbərdarlıq edib.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə ali müşaviri imperialist quruluşun yalan və regionda islama qarşı təkfirçi qruplaşmaları açıq-aşkar dəstəklədiyini xatırlayaraq müsəlmanların ümumi fikrini sayıq etmək və məlumatlandırmaq üçün islam ölkələrinin vəzifəsini vurğulayıb.
Hazırkı əsrin rabitə əsri olduğunu bildirən Vilayəti əlavə edib: İslam ölkələrinin bütün rəsmiləri, bütün müsəlmanlar düşmənlərin islama qarşı məkrli planlarını ifşa etmək istiqamətində öz borclarını hiss etməli və həqiqi islamı insanlara bəyan etməlidirlər.